Home » Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

Elektron Təhlükəsizlik Xidməti: Azərbaycanda genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb

by Zeyneb
0 comments 1 views 1 minutes read

Azərbaycanda vətəndaşlara qarşı yönəlmiş genişmiqyaslı fişinq kampaniyası müəyyən edilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, təhlükə qurum tərəfindən aparılan fasiləsiz monitorinq və təhdid kəşfiyyatı nəticəsində aşkarlanıb. Kampaniya çərçivəsində 580-ə yaxın unikal Azərbaycan domeninə aid e-poçt ünvanına, həmçinin 12 mindən çox vətəndaşa fişinq xarakterli məktublar göndərilib.

Məlumata görə, bu məktublarda istifadəçiləri aldatmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından saxta ittiham xarakterli bildirişlər yer alıb. Hücumların əsas məqsədi istifadəçilərin fərdi məlumatlarını ələ keçirməkdir.

ETX vətəndaşlara və təşkilatlara təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Belə ki, naməlum mənbələrdən daxil olan e-poçtların açılmaması, linklərə keçid etməzdən əvvəl yoxlanılması, şübhəli faylların yüklənməməsi və rəsmi qurumlar adından gələn məlumatların alternativ kanallarla təsdiqlənməsi vacibdir.

Qurum həmçinin belə hallarla qarşılaşan şəxsləri dərhal ETX-yə məlumat verməyə çağırır.

Hazırda fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması istiqamətində zəruri texniki tədbirlər görülür.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.