Home » Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib – Foto

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib – Foto

by anar
0 comment 4 views 1 minutes read

“Son zamanlar kiberdələduzlar tərəfindən “Kapital Bank” ASC-nin rəqəmsal bankçılıq xidməti “Birbank”ın adından dələduzluq həyata keçirilir”.

BBN.az xəbər verir ki, bu haqda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin məlumatında qeyd edilib.

“Dələduzlar vətəndaşlara saxta SMS-lər göndərərək bank hesablarında şübhəli halın aşkarlandığını deyir və təhlükəsizlik üçün mesajda qeyd edilən saxta keçidə daxil olub müəyyən addımları həyata keçirmələrini tələb edirlər. Keçidə daxil olduqdan sonra vətəndaşlardan bank kartı və digər fərdi məlumatları tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu cür mesajlara etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi və rəsmi məlumatları yalnız qurumların özündən dəqiqləşdirməyi tövsiyə edir”, – deyə xəbərdarlıqda bildirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.