Home » Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası müzakirə edilib

Əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası müzakirə edilib

by Aytac
0 comments 0 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmmədvəliyevlə görüşüb.

Görüşdə sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası, onların biznesyönümlü bilik və bacarıqlarının artırılması, sosial sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi, yeni biznes təşəbbüslərinə dəstək göstərilməsi barədə fikirlər səsləndirilib, müzakirə aparılıb.

Bildirilib ki, Agentlik həssas kateqoriyaya aid olan, o cümlədən əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasını hər zaman prioritet istiqamət hesab edir, bununla bağlı müxtəlif layihələr icra olunur. Həyata keçirilən aktiv məşğulluq tədbirlərində həmin kateqoriyadan olan şəxslər üstünlük hüququna malikdir. Bundan əlavə, əlilliyi olan şəxslərin peşə hazırlığının yüksəldilməsi, onların əmək və sahibkarlıq fəaliyyətinə hazırlanması üçün kurslar təşkil edilir.

Görüşdə həmçinin bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyac olan şəxslərin işlə təmin olunması qanunvericilikdə öz əksini tapıb və işəgötürənlər üzərində kvota iş yerləri tətbiq edilir.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.