Home » Əlilliyi olan şəxsə baxan valideynə hansı vergi güzəşti tətbiq olunur?

Əlilliyi olan şəxsə baxan valideynə hansı vergi güzəşti tətbiq olunur?

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə, əlil şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin – himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən aylıq gəlirindən vergi tutulması 200 manat məbləğində azaldılır.

BBN.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən, bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerində (əmək kitabçası olduğu yerdə) həyata keçirilir:

– himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

– ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;

– uşağın doğum haqqında şəhadətnaməsinin surəti:

– birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahəsinin, yaxud icra hakimiyyəti nümayəndəliyinin arayışları;

– Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;

– övladlığa götürmə barədə məhkəmə qərarının surəti.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.