Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Elmin Məmmədov: Kraudfandinqdən əldə olunan gəlirlər vergidən azad ediləcək - BBN

Elmin Məmmədov: Kraudfandinqdən əldə olunan gəlirlər vergidən azad ediləcək

Kraudfandinq platformaları vasitəsilə əldə edilən mənfəət və gəlirlərin vergidən azad olunması nəzərdə tutulur.

BBN.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov Milli Məclisin plenar iclasında “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, kraudfandinq platformalarının cəlbediciliyinin artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər hazırlanıb.

“Bizim təqdim etdiyimiz və hazırda ikinci oxunuşda olan digər qanun layihəsində Vergi Məcəlləsinə müvafiq dəyişikliklər nəzərdə tutulub. Həmin dəyişikliklərə əsasən, kraudfandinq platformaları vasitəsilə həyata keçirilən fəaliyyətdən əldə edilən mənfəət və gəlirlər vergidən azad ediləcək”, – deyə nazir müavini qeyd edib.

Elmin Məmmədov platformadan kənarda həyata keçirilən maliyyələşdirmə məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, belə fəaliyyətlərin tənzimlənməsi digər sahəvi qanunvericiliyin predmetinə daxildir.

Nazir müavini vurğulayıb ki, dövlət kraudfandinq platformalarının hüquqi və qanuni əsaslarını müəyyən etməklə bu sahədə yaranan münasibətlərin həm investorlar, həm də layihə sahibləri üçün hüquqi çərçivəsini formalaşdırır.

Onun fikrincə, bu yanaşma gələcəkdə yarana biləcək mübahisələrin həlli və tərəflərin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Related posts

Azərbaycan banklarının xarici öhdəlikləri bir ildə 290 milyon manata yaxın artıb

Avropa rəqəmsal avroya hazırlaşır: Yeni ödəniş sistemi 2029-da tətbiq oluna bilər

Moody’s Ratings Xalq Bankın 2025-ci il üzrə reytinqini təsdiqlədi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı