Home » Elon Maskın 1 trilyon dollarlıq Tesla maaş planı səhmdarlardan təsdiq aldı

Elon Maskın 1 trilyon dollarlıq Tesla maaş planı səhmdarlardan təsdiq aldı

by yunus
0 comments 0 views 1 minutes read

Tesla şirkətinin baş direktoru Elon Mask, dünyanın ən böyük korporativ maaş paketini təsdiqlədən səhmdar səsverməsində qalib gəlib. Səhmdarların 75 faizdən çoxu Maskın 1 trilyon dollarlıq ödəniş planının lehinə səs verib.

BBN.az xəbər verir ki, səsvermə Tesla-nın Texas ştatının Ostin şəhərindəki zavodunda keçirilən illik ümumi yığıncaqda baş tutub. Nəticələr elan olunduqdan sonra Elon Mask səhnəyə rəqs edən robotlarla birgə çıxaraq, qərarı simvolik şəkildə qeyd edib.

Ekspertlər hesab edirlər ki, səhmdarların bu qərarı Tesla səhmlərinin dəyərinə müsbət təsir göstərəcək. Bununla belə, bəzi investorlar Maskın şirkətdəki yüksək səs payının nəticəyə ciddi təsir göstərdiyini vurğulayıblar.

Maskın nəhəng maaş planı Tesla-nın ambisiyalı maliyyə və istehsal göstəricilərinə nail olmasına bağlı olacaq. Şirkətin gələcək inkişafı isə Maskın rəhbərliyi altında süni intellekt və robot texnologiyaları sahəsində atılacaq addımlardan asılıdır.

Tesla rəhbərliyi bildirib ki, bu plan Maskın şirkəti “elektrik avtomobil istehsalçısından süni intellekt və robotika nəhənginə” çevirmək hədəfinə xidmət edir.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.