Home » Elon Musk: Tezliklə Twitter brendi ilə vidalaşacağıq

Elon Musk: Tezliklə Twitter brendi ilə vidalaşacağıq

by anar
0 rəy 5 baxış 1 dəqiqə oxuma

Məşhur milyarder Elon Musk sahibi olduğu sosial media platformasında dəyişikliklər ediləcəyini açıqlayıb və tezliklə Twitter markası və loqosu ilə vidalaşacaqlarını açıqlayıb.

Elon Musk, bazar günü sahibi olduğu Twitterdə paylaşım edərək, sosial media platformasının loqosunu dəyişəcəklərini bildib.Musk öz profilində tezliklə Twitter markası və tədricən bütün quş loqoları ilə vidalaşacağımızı qeyd edib.

Musk ikinci paylaşımında əgər bu axşam kifayət qədər yaxşı bir X loqosu buraxılarsa, ertəsi gün onu bütün dünyaya təqdim edəcəklərini əlavə edib

Məşhur milyarder titrəyən “X” loqotipini paylaşdıqdan sonra qatıldığı Twitter Spaces söhbətində loqonun dəyişib-dəyişməyəcəyi sualına “Bəli” cavabını verib və “Bu, çoxdan edilməli idi” deyə bildirib.

Bu ayın əvvəlində Musk Twitter-də müxtəlif hesabların gündə neçə tweet oxuya biləcəyini məhdudlaşdıracağını açıqladı, lakin istifadəçilər və marketinq mütəxəssislərinin geniş tənqidinə məruz qaldı.

Musk’ın müəyyən etdiyi gündəlik limitlər Meta-ya məxsus rəqib platforma olan Threads-in böyüməsinə kömək etdi və işə salındıqdan sonra beş gün ərzində 100 milyon rekordu ötdü.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.