Elon Musk “Twitter”in CEO-su vəzifəsindən gedir

Cümə axşamı “SpaceX”, “Tesla” və “Twitter” şirkətinin rəhbəri Elon Musk açıqlamasında qeyd edib ki, “Twitter”dəki, yaxud özünün X Corp. (X korporasiyası) adlandırdığı şirkətin CEO vəzifəsindən gedir və bu boş yer üçün bir başqasını tapıb.

BBN.az Time.com nəşrinə istinadən xəbər verir ki, o, həmin şəxsin (qadındır) adını açıqlamayıb, amma əlavə edib ki, vəzifəsinə 6 həftə içində başlayacaq.

Musk, “Twitter”i keçən payızda alıb və həmin zamandan onu idarə etməkdədir. Lakin o, uzun müddətdir ki, şirkətin CEO-su olmadığını qeyd edir. Eyni zamanda Musk tvitində əlavə edib ki, onun kompaniyadakı gələcək rolu isə rəhbər və baş texnologiya direktoru olacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır