Home » Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərkəzi Bank nümayəndə heyəti ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərkəzi Bank nümayəndə heyəti ilə görüş keçirilib

by Zeyneb
0 comments 1 views 1 minutes read

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Mərkəzi Bankının nümayəndə heyəti ilə görüş təşkil olunub.

Nazirliyin nazir müavini Rəşad Mustafayev qurumun fəaliyyət istiqamətləri üzrə həyata keçirilən təhlil və tədqiqat işləri, həmçinin bu sahədə yaradılmış institusional mexanizmlər barədə məlumat verib. O, data əsaslı qərarların qəbuluna dəstək məqsədilə görülmüş işlərin əmək bazarının cari vəziyyətinin öyrənilməsi, gələcək trendlərin müəyyən olunması, aktiv məşğulluq tədbirlərinin təşkili və qanunvericiliyin təkmilləşdirilməsi prosesində əhəmiyyətini vurğulayıb.

Mərkəzi Bankın baş direktoru Vüqar Əhmədov isə qurumun təhlil və tədqiqat fəaliyyəti, eləcə də bu sahədə tətbiq olunan metodoloji yanaşmalar barədə məlumat verib.

Görüşdə tərəflər arasında maraq doğuran sahələr üzrə məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, habelə birgə təhlil və tədqiqat layihələrinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.