Home » Əmanətlərin Sığortalanması Fondunun rəsmisi ARPA üzvləri üçün təlim keçib

Əmanətlərin Sığortalanması Fondunun rəsmisi ARPA üzvləri üçün təlim keçib

by anar
0 comments 0 views 1 minutes read

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Risklərin idarə edilməsi, təhlil və investisiya departamentinin direktoru Cəlal Rayi Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən təlimdə çıxış edib.

Bu barədə BBN.az-a Fonddan bildirilib.

Belə ki, Azərbaycan Mərkəzi Bankı maliyyə savadlılığının təşviqi və tədrisi məqsədilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) üzvləri üçün “Əmanətlərin sığortalanması sistemi və risklərin idarə edilməsi mexanizmi” mövzusunda təlim keçirib.

C.Rayi bir neçə gün davam edən tədbirin 12 oktyabr tarixində baş tutan təlim proqramının əsas qonağı və spikeri olub. O, ARPA-nın üzvlərinə Azərbaycanda əmanətlərin sığortalanması sisteminin təşkili, ƏSF-nin yaradılmasının məqsədi və funksiyaları, risklərin idarə edilməsi sistemində tətbiq olunan tənzimləyici dəyişikliklər, habelə praktiki risklərin idarə edilməsi bacarıqları ilə bağlı geniş məlumat verib. Əlavə olaraq, C.Rayi təlim iştirakçılarını səmərəli risklərin idarə edilməsinin maliyyə sabitliyində rolu, süni intellektin köməyi ilə gözlənilən risklərin müəyyən edilməsi, habelə böhran zamanı risklərin idarə edilməsi istiqamətində tətbiq olunan tənzimləyici dəyişikliklər mövzularında maarifləndirib.

Proqram çərçivəsində ARPA-nın üzvləri praktiki olaraq risk və investisiya portfelinin effektiv idarə olunması, risklərin qiymətləndirilməsi, azaldılması, o cümlədən risk təsirlərinin minimuma endirilməsi yolları ilə tanış olub.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.