Home » EMTA-da Avropa Enerji Tənzimləyiciləri Şurasının seminarı keçirilib

EMTA-da Avropa Enerji Tənzimləyiciləri Şurasının seminarı keçirilib

by anar
0 comments 2 views 1 minutes read

Enerji Məsələlərini Tənzimləmə Agentliyində (EMTA) 4-5 iyul tarixlərində Avropa Enerji Tənzimləyiciləri Şurasının (Council of European Energy Regulators – CEER) təşkilatçılığı ilə seminar keçirilib.

İki gün davam edən seminarda “Tətbiq olunan müxtəlif vahid alıcı modellərinə baxış”, “Avropa İttifaqının daxili enerji bazarının inkişafı”, “Transsərhəd ticarətin inkişafı”, “Regional yanaşma (Enerji Birliyi ölkələri)”, “Azərbaycanda rəqabətli elektrik enerjisi bazarına mərhələli keçid” mövzularında təqdimatlar nümayiş etdirilib.

Təqdimatlarda Macarıstan, Kanada və Enerji Birliyi ölkələrində tətbiq olunan vahid alıcı modelləri, Avropa İttifaqının daxili enerji bazarının inkişafı və bazar modelləri, Enerji Birliyi ölkələrinin timsalında transsərhəd ticarətin inkişafı, eyni zamanda, Azərbaycanın da iştirak etdiyi yaşıl enerji dəhlizinin yaradılması prosesi və digər məsələlər barədə məlumat verilib.

Seminarda sözügedən mövzular ətrafında iştirakçılarla birgə fikir mübadiləsi aparılıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.