Home » EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin oktyabr ayı üzrə nəticələri açıqlayıb

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin oktyabr ayı üzrə nəticələri açıqlayıb

by anar
0 comments 0 views 1 minutes read

2025-ci ilin oktyabr ayı ərzində istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı, eləcə də digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) bilavasitə və Energetika Nazirliyindən 962 müraciət daxil olub. Elektrik enerjisi təchizatı ilə bağlı 173-ü məlumat üçün olmaqla 829 müraciət edilib. Təbii qaz təchizatı ilə bağlı 15-i məlumat xarakterli olmaqla 121 müraciət olunub. İstilik təchizatı ilə bağlı cəmi 2 müraciət edilib. Digər məsələlərlə bağlı 10 müraciət göndərilib.

Müraciətlərdən 387-si Agentlik tərəfindən araşdırılıb və cavablandırılıb (11 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti quruma göndərilib), 5 müraciət Energetika Nazirliyi ilə müştərək icra olunub, 382 müraciət hazırda baxılma prosesindədir, 188 məlumat xarakterli müraciətdən 61-i qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

Bununla yanaşı, yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən 21 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib. 55 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. Eyni zamanda, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 22 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.

Agentliyin səlahiyyətlərinə aid olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə 40 inzibati xəta haqqında işə baxılıb və  inzibati tənbeh vermə haqqında qərarlar qəbul olunub.

Həmçinin, elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 90 nəzarət tədbiri keçirilib.

Qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 69 nəzarət tədbiri keçirilib.

Agentlik tərəfindən hesabat dövrü ərzində 28 müəssisədə 64 nəfər olmaqla elektrotexniki heyətin və elektrik təsərrüfatlarına cavabdeh şəxslərin texniki istismar, təhlükəsizlik texnikası qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə təkliflər verilib, bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.