Home » EMTA I rübdə razılıq verdiyi layihələrin sayını açıqlayıb

EMTA I rübdə razılıq verdiyi layihələrin sayını açıqlayıb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2020-ci ilin I rübündə Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən elektrik enerjisi və qaz təchizatı sahələrində razılıq verilən layihələrin sayı məlum olub.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 43 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib. Həmçinin, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 62 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb.  Aşkar olunmuş uyğunsuzluqlara görə 20 sayda layihə sənədinin  isə razılaşdırılmasından imtina edilib.

Qaz təchizatı sahəsində isə 184 sayda razılaşdırılmış layihəyə uyğun olaraq tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1120 sayda  tikinti obyektinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb. Aşkar edilmiş çatışmazlıqlara görə 20 sayda layihə sənədinin isə razılaşdırılmasından imtina olunub.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.