Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
EMTA xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir - BBN

EMTA xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) enerji tənzimləmə sahəsində xarici enerji tənzimləyici qurumlarla əməkdaşlıq əlaqələrini genişləndirir. Belə ki, sözügedən istiqamətdə EMTA ilə Özbəkistanın Energetika Nazirliyi və Enerji Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə EMTA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağa Hacızadə, Özbəkistanın Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Maqsud Maxbubov, eləcə də Enerji Bazarının İnkişafı və Tənzimlənməsi Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Jamola Xusanjanova iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Özbəkistanın enerji tənzimləyici qurumlarının fəaliyyəti haqqında məlumatlar bölüşülüb və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılacaq ilkin addımlar müzakirə edilib.

Related posts

Neft-qaz sektorunda 12 milyard manatdan çox ÜDM istehsal olunub

Səudiyyə Ərəbistanından Çinə böyük “neft zərbəsi”: İyun ayında ixrac kəskin azalır

Trampın İran xəbərdarlığı neft bazarlarını hərəkətə gətirdi: Atəşkəs təhlükədədir?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı