Ən populyar 10 süni intellektin adı açıqlanıb.
BBN.az bu barədə Dünya Bankının “Dünyada məhsuldar süni intellektdən kim istifadə edir?” hesabatınada paylaşdığı məlumata istinadən xəbər verir.
Məlumatda bildirilir ki, süni intellekt alətlərindən istifadə edənlər ümumilikdə gənc, yüksək təhsilli və əsasən isə kişilərdir.
İstifadə nümunələrinə nəzər saldıqda, bəlli olur ki, istifadəçilər əsasən məhsuldarlığı artıracaq iş üçün süni intellekt alətlərindən istifadə edirlər.
Ən populyar 10 məhsuldar süni intellekt alətlərinin isə siyahısında birinci yerdə 2,3 milyard dəfə ziyarət edilən ChatGPT yerləşir.İkinci yerdə 133 milyon internet ziyarəti ilə Gemini, üçüncü yerdə 43 milyon internet ziyarəti ilə POE süni intelek alətləridir.
4. Perplexity
40,2 milyon internet ziyarəti
5. Claude
32,3 milyon internet ziyarəti
6.DeepAI
31,1 milyon internet ziyarəti
7. Copilot
26,2 milyon internet ziyarəti
8. Midjourney
24,7 milyon internet ziyarəti
9. Prezi
18 milyon internet ziyarəti
10. NightCafe
13,9 milyon internet ziyarəti