Home » Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  altıncı toplantısında iştirak məqsədilə Bakıda səfərdə olan ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnellinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Cənub Qaz Dəhlizinin yekun mərhələyə yaxınlaşmasında ABŞ-ın davamlı dəstəyinin rolunu yüksək qiymətləndirib: “Həm Cənub Qaz Dəhlizinə, həm də Azərbaycanın təşəbbüsü ilə reallaşan regional və qlobal əhəmiyyətli bütün enerji layihələrinə ABŞ-ın göstərdiyi dəstəyə görə təşəkkür edirəm. Bu yüksək əməkdaşlıq sayəsində 2020-ci ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq”.

Nazir Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə inkişaf göstəriciləri,  şaxələndirmə layihəsi kimi üstünlükləri, genişləndirilmə perspektivləri, ölkənin qaz resurslarının inkişafı ilə bağlı fikirlərini bölüşüb. 

ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri Kurt Donnelli çoxsaylı ölkələri, şirkətləri birləşdirən layihə kimi Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyi üçün vacib layihə kimi dəyərləndirib və belə bir nəhəng layihənin həyata keçirilməsinin öhdəsindən gəldiyinə görə Azərbaycanı təbrik edib.  

Görüşdə Cənub Qaz Dəhlizinin Balkanlara qədər genişləndirilməsi, İAP layihəsi və digər potensial imkanlar haqqında müzakirələr aparılıb.

Söhbət zamanı son dövrlərdə Azərbaycanda alternativ enerji mənbələrinin inkişafına dair görülən işlərdən də bəhs edilib. ABŞ-ın Enerji Departamenti ilə əməkdaşlığın səmərəli olacağı qeyd edilib.  

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.