Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika naziri İtaliyaya səfər edib - BBN

Energetika naziri İtaliyaya səfər edib

Energetika naziri Pərviz Şahbazov İtaliyaya səfər edib. Nazir 6 noyabr tarixində Roma şəhərində keçiriləcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group–WFEG) birinci Nazirlər iclasında iştirak edəcək.

İtaliyanın baş naziri Giorgia Meloni və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin həmsədrlik edəcəyi tədbirdə termo nüvə enerjisini inkişaf etdirmək üçün inklüziv və qlobal yanaşmanın mənimsənilməsi, WFEG çərçivəsində qlobal səylərin təşviqinə dair fikir mübadiləsi aparılacaq.

Tədbir çərçivəsində energetika nazirinin çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı