Home » Energetika naziri latviyalı həmkarı ilə “yaşıl enerji”nin inkişafını müzakirə edib

Energetika naziri latviyalı həmkarı ilə “yaşıl enerji”nin inkişafını müzakirə edib

by anar
0 comment 1 views 1 minutes read

COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Latviyanın iqlim və energetika naziri Kaspars Melnis arasında görüş olub.

Görüşdə hər iki ölkədə bərpa olunan enerji sahəsində həyata keçirilən inkişaf kursu barədə müzakirələr aparılıb. COP29 Sədrliyinin enerji təşəbbüslərinin, Azərbaycanın “yaşıl enerji” istehsalı – ixracı layihələrinin geniş coğrafiyada enerji təhlükəsizliyi və enerji keçidində əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, külək və günəş enerjisi layihələri hesabına elektrik enerjisinin quraşdırılmış gücündə bərpa olunan enerjinin payı 2027-ci ildə 33%-ə, 2030-cu ildə isə 35,5%-ə yüksələcək. Bu, ölkədə “yaşıl enerji” sahəsinin yüksək inkişaf dinamikasından xəbər verir. Görüşdə, həmçinin Azərbaycan və Mərkəzi Asiyadan  Avropa və Türkiyə istiqamətlərində “yaşıl enerji” və ”yaşıl qaz”ların  tədarükü, həmçinin bərpa olunan enerjinin dayanıqlığını artırmaq məqsədilə enerji saxlanma sistemlərinin tətbiqi  ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Latviyanın bərpa olunan enerji sahəsində təcrübəsi bölüşülüb və enerji sahəsində əməkdaşlıq perspektivləri dəyərləndirilib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.