Home » Energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib

Energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Konfrans çərçivəsində nazir Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional perspektivlər – Ümumi problemlər, ümumi həllər?” mövzusunda müzakirələrə qatılıb.  Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.

Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir. Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.