Home » Energetika naziri Serbiyanın ölkəmizdəki səfirini qəbul edib

Energetika naziri Serbiyanın ölkəmizdəki səfirini qəbul edib

by bbnadm
0 comments 0 views 0 minutes read

Energetika naziri Pərviz Şahbazov Serbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Draqan Vladisavljeviçi qəbul edib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya səfəri, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə Bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.

Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb, elektrik enerjisinin ixracı və təbii qaz sahələrində perspektiv imkanlar nəzərdən keçirilib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.