Home » Energetika naziri “Universal Energy” şirkətinin prezidenti ilə görüşüb

Energetika naziri “Universal Energy” şirkətinin prezidenti ilə görüşüb

by anar
0 comments 0 views 0 minutes read

Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb. Görüşdə şirkətlə ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin – 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.

Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadium əsaslı batareyalar üzrə təcrübəsi,  bu texnologiyanın “yaşıl enerji” ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.