Home » Energetika naziri Vyetnamın ölkəmizdəki səfirini qəbul edib

Energetika naziri Vyetnamın ölkəmizdəki səfirini qəbul edib

by bbnadm
0 comments 0 views 1 minutes read

Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyu qəbul edib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üzrə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, neft-qaz sahəsi üzrə perspektiv addımlar nəzərdən keçirilib. Münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti və Bakıda keçirilən sonuncu iclasdan ötən dövr ərzində görülən işlər nəzərdən keçirilib, növbəti iclasın yaxın dövrdə Vyetnamda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.