Home » Energetika naziri və nazir müavinləri Salyan, Gəncə və Hacıqabulda vətəndaşları qəbul edəcək

Energetika naziri və nazir müavinləri Salyan, Gəncə və Hacıqabulda vətəndaşları qəbul edəcək

by bbnadm
0 comments 0 views 1 minutes read

Fevralın 18-də Energetika naziri Pərviz Şahbazov Salyan şəhərində vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-da Salyan rayon Heydər Əliyev Mərkəzində (ünvan: T.Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Fevralın 14-də isə Energetika nazirinin müavini Samir Vəliyev Gəncə şəhərində sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (Ünvan: Kəpəz rayonu, Gəncə-Bakı şosesinin kənarı) təşkil olunacaq. Həmin gün nazir müavini Elnur Soltanov isə Hacıqabulda vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (ünvan: İsmət Qayıbov küçəsi 7) başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin minenergy@minenergy.gov.az elektron poçt ünvanı, 598-16-53/54 (daxili: 1145, 1146) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Salyan və Hacıqabul rayonları üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şirvan filialı (əlaqələndirici şəxs Ceyhun Rzayev, tel: (050) 225-34-86, email: office.shirvan@regulator.gov.az,  shirvan@regulator.gov.az), Gəncə şəhəri üzrə isə Agentliyin Gəncə filialı (əlaqələndirici şəxs Vüsal Paşayev, tel: (055) 233-97-99, email: office.ganja@regulator.gov.az, ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. 

Bununla yanaşı, vətəndaşlar nazirliyin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və facebook səhifəsi vasitəsilə də qəbula yazıla bilərlər.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.