Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin “H2-diplo – Dekarbonizasiya Diplomatiyası” təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edib.
Çıxış zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Ölkəmizin kabonsuzlaşma sahəsindəki fəaliyyətinin əsas istiqaməti olan enerji keçidi sahəsindəki fəaliyyətinin COP29 prezidentliyinin Azərbaycana keçməsindən xeyli əvvəl başladığı və hətta COP29 çərçivəsində qlobal iqlim müzakirələri üçün seçilən şüarın, demək olar ki, ölkəmiz üçün əvvəlcədən seçilmiş şüarla eyni olduğu vurğulanıb. Təmiz hidrogenin COP29 sədrliyinin təşəbbüslərindən biri olacağı, xüsusilə də beynəlxalq sertifikatlaşdırma sxemləri sahəsində atılacaq addımların bu sahənin inkişafına təkan verəcəyinə ümid edildiyi qeyd edilib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı vurğulanıb.