Home » Energetika nazirinin müavinləri Ağsu və İsmayıllıda vətəndaşları qəbul edib

Energetika nazirinin müavinləri Ağsu və İsmayıllıda vətəndaşları qəbul edib

by bbnadm
0 comment 0 views 1 minutes read

Martın 13-də Energetika nazirinin müavini Samir Vəliyev Ağsu şəhərində, nazir müavini Elnur Soltanov isə İsmayıllıda vətəndaşları qəbul edib.

Qəbulda vətəndaşlar tərəfindən elektrik enerjisi və qaz təchizatı, sahibkarlıq obyektinin enerji təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtin alınması, elektrik enerjisi verilişində yaranan fasilələr, elektrik xətlərinin istismara yararsız olması, qazdan istifadəyə görə borcun silinməsi və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Ümumilikdə qəbullarda 8 vətəndaşın müraciətinə baxılıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.