Home » Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı keçirilib

Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı keçirilib

by anar
0 comment 0 views 1 minutes read

İyunun 25-də Energetika Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin Hesabat-seçki konfransı keçirilib.

Konfransın sədri Fazil Məmmədov Həmkarlar İttifaqı üzvləri, seçilmiş nümayəndələr və iştirakçılar haqqında məlumat verib. Daha sonra iclasın gündəliyi iştirakçıların nəzərinə çatdırılıb, gündəlik səsə qoyulub və reqlament müəyyən edilib.

İclasda Həmkarlar İttifaqı Komitəsinin (HİK) və Nəzarət-təftiş Komissiyasının (NTK) hesabatları dinlənilib. Həmkarlar İttifaqı Komitəsi üzvlüyünə namizədlərin adları səsləndirilib. Həm hesabatlar, həm də üzvlük siyahısı səsə qoyularaq təsdiq olunub.

Daha sonra HİK sədrinin seçilməsi haqqında məsələ müzakirəyə çıxarılıb və hesabat dövründə görülmüş işlərin qənaətbəxş olduğu nəzərə alınaraq Fazil Məmmədovun təkrar namizədliyi təklif edilib. Təklif səs çoxluğu ilə qəbul edilib.

Eyni zamanda Nəzarət-təftiş Komissiyasının tərkibinə namizədlərin irəli sürülməsi elan edilib və səsə qoyularaq həm üzvlər, həm də sədr seçilib.

İclasın sonunda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsinin (ANQSİHİRK) VI Qurultayına nümayəndələrin seçilməsi təklif edilib və HİK üzvlərinin sayına müvafiq olaraq 1 nəfərin qurultayda təmsil olunması nəzərə alınaraq HİK sədrinin namizədliyi təsdiqlənib.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.