Home » Energetika Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilir

Energetika Nazirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri keçirilir

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Energetika Nazirliyi üzrə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq energetika sahəsində fəaliyyət göstərən dövlət qurumları arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turniri start götürüb.

Ölkəmizdə bütün digər sahələrdə olduğu kimi, idmanın inkişafına da böyük diqqətlə yanaşmış Ulu Öndər Heydər Əliyevin xatirəsinin anılması, eləcə də sağlam həyat tərzinin təşviqi məqsədi ilə təşkil edilən turnir Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə keçirilir.

Energetika Nazirliyi aparatının, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC və “Azəristiliktəchizat” ASC-nin iştirak etdiyi turnirdə ilk üç yeri tutan komandaların və bir sıra nominasiyalar üzrə oyunçuların mükafatlandırılması nəzərdə tutulur. Final oyunu və mükafatlandırma mərasimi mayın 6-da keçiriləcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.