Energetika Nazirliyində vətəndaş qəbulu keçirilib

Energetika naziri Pərviz Şahbazov nazirlikdə növbəti dəfə vətəndaş qəbulu keçirib. Qəbulda səsləndirilən müraciətlər nazir tərəfindən dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün nazirliyin aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə nazir, nazir müavinləri və digər rəhbər vəzifəli şəxslərin 2020-ci il üzrə vətəndaş qəbulu qrafiki yenilənib və nazirliyin saytında yerləşdirilib.

Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci il üzrə şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Energetika naziri və nazir müavinlərinin hər ay müxtəlif regionlarda vətəndaş qəbulu davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır