Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib - BBN

Energetika Nazirliyində növbəti vətəndaş qəbulu keçirilib

Energetika naziri Pərviz Şahbazov dekabrın 9-da Nazirlikdə vətəndaşları qəbul edib.

Müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə təşkil edilmiş qəbulda Bakı, Sumqayıt şəhərləri, Xızı və Saatlı rayonlarından olan vətəndaşların elektrik qurğu və avadanlıqlarının mühafizə zonası, enerji verilişində yaranan fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, təbii qaz təchizatı, bərpa olunan enerji ilə bağlı müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin saytında yerləşdirilib. Eyni zamanda vətəndaşlar müraciətlərini (012) 974 “Çağrı Mərkəzi”, 598-16-55 “Qaynar Xətt”i, minenergy@minenergy.gov.az elektron poçt ünvanı və www.minenergy.gov.az internet səhifəsi vasitəsilə Nazirliyə ünvanlaya bilərlər.

Related posts

BP Azərbaycanda sosial investisiya layihələrinə 6 ayda 1,5 milyon dollara yaxın vəsait ayırıb

Agentlikdə akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib

SOCAR kütləvi ixtisar iddialarına münasibət bildirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı