Home » Energetika Nazirliyində Pakistanın yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirilib

Energetika Nazirliyində Pakistanın yüksək səviyyəli nümayəndə heyəti ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Pakistanın neft üzrə dövlət naziri Musadik Masood Malik, investisiya şurası naziri Chaudhry Salik Hussain və sənayelər və istehsal üzrə naziri Syed Murtaza Mahmud ilə görüşüb.

Görüşdə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edilib və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanlar nəzərdən keçirilib. Mayeləşdirilmiş təbii qazın (LNG), neft məhsullarının təchizatı üzrə mövcud əməkdaşlığın inkişafına, eləcə də Pakistanda LNG terminalının yaradılmasında SOCAR-ın iştirakına dair müzakirələr aparılıb.

Həmçinin enerji əməkdaşlığı gündəliyinin bərpa olunan enerji, enerji səmərəliliyi sahələrini də əhatə etməsinin vacibliyi qeyd olunub. İkitərəfli enerji əməkdaşlığının aktual istiqamətləri və perspektiv layihələrdə iştirakla bağlı məsələlərin enerji üzrə Birgə İşçi Qrupu çərçivəsində dəyərləndirilməsi tövsiyə edilib.

Pakistan nümayəndə heyəti tərəfindən Azərbaycan şirkətlərinin enerjinin müxtəlif sahələrində investor qismində iştiraklarına maraq ifadə edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.