Home » Energetika Nazirliyində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – Foto

Energetika Nazirliyində Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib – Foto

by ulviyya
0 rəy 1 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə nazirliyin rəhbərliyi və kollektivi Fəxri Xiyabana gedərək dahi liderin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra tədbir milli dövlətçiliyimizin banisi Heydər Əliyevin anım gününə həsr olunmuş toplantı ilə davam edib. Toplantıda çıxış edən nazir Pərviz Şahbazov Azərbaycanı tarixinin ən çətin dövrlərində iqtisadi tərəqqiyə, siyasi yüksəlişə və mədəni intibaha aparan Heydər Əliyevin uzaqgörən siyasətinin nailiyyətlərindən danışıb. Bildirilib ki, Ulu Öndərin fenomenal dövlətçilik zəkası, sarsılmaz iradəsi, böyük hədəflərə hesablanmış strateji qərarları ilə qazanılmış irəliləyişlər hesabına müstəqil Azərbaycan dövləti tədricən böhrandan rəvan inkişaf yoluna çıxarılıb, ölkəmizin demokratik-hüquqi dövlət kimi inkişafı təmin edilib.

Çıxışda Ümummilli Liderin bütün arzu və ümidlərini gerçəkləşdirmiş, Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin strateji inkişaf siyasətinin davam etdirildiyi vurğulanıb. Vətən Müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyi tarixi qələbə, işğaldan azad edilmiş torpaqlarımızda davam etdirilən yenidənqurma və inkişaf, uğurla reallaşdırılan enerji layihələri, beynəlxalq aləmdə dostlarımızın sırasının genişləndirilməsi və s. kimi saysız-hesabsız nailiyyətlər Ulu Öndərin arzularının reallaşdırılmasına bariz nümunələr kimi qeyd edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

Tədbirin sonunda müdrik dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Energetika Nazirliyi üzrə təsdiq edilmiş Təqvim Planının icrasına dair təqdimat nümayiş etdirilib, görülən tədbirlər barədə hesabat dinlənilib.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.