Home » Energetika Nazirliyində kollegiya iclası keçirilib

Energetika Nazirliyində kollegiya iclası keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyinin ötən il ərzində müvafiq sahələrdə görülmüş işlər və bu il qarşıda duran vəzifələrin müzakirəsinə həsr edilmiş hibrid formatda kollegiya iclası keçirilib. Energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda kollegiya üzvləri, nazirliyin struktur bölmələri və tabeli qurumların nümayəndələri iştirak edib.

Energetika sahəsində aparılan islahatların davam etdiyini qeyd edən kollegiya sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən il energetika sahəsində əldə olunan nailiyyətlərdən danışıb. İslahatlar çərçivəsində enerji sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin də inkişaf etdirildiyi bildirilib. Bu istiqamətdə xarici dövlətlərlə ikitərəfli münasibətlərin möhkəmləndirilməsində birgə hökumətlərarası komissiyaların rolu vurğulanıb. Eyni zamanda, fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliyin struktur bölmələri və tabeli qurumlar qarşısında qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə icra olunmasının əhəmiyyəti qeyd edilib.

Sonra iclasın gündəliyinə uyğun olaraq, Azərbaycan Respublikasının energetika nazirinin həmsədr olduğu hökumətlərarası komissiyaların fəaliyyətləri haqqında təqdimat dinlənilib. Ötən dövr ərzində keçirilmiş hökumətlərarası komissiyaların iclasları və komissiyalar çərçivəsində görülmüş tədbirlər barədə məlumat verilib, bu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan iclaslarla bağlı görülən işlər diqqətə çatdırılıb.

Daha sonra 2022-ci il ərzində Energetika Nazirliyində icra intizamının vəziyyəti və vətəndaş müraciətlərinə baxılmasına dair məruzə edilib, inzibati xətalar, icazələrin verilməsi, nazirlikdə və regionlarda vətəndaşların qəbulu və müraciətlərə baxılmanın vəziyyəti, Nazirliyin ötən il üzrə İş Planında nəzərdə tutulmuş tapşırıqların icrası, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra vəziyyəti nəzərdən keçirilib.

Yekunda kollegiya sədri cari ildə görüləcək tədbirlər, atılacaq addımlar və qarşıda duran vəzifələrin səmərəli icrası üzrə müvafiq tapşırıqlar verib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.