Home » Energetika Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru ilə görüş keçirilib

Energetika Nazirliyində Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının baş direktoru Bədr Əl Bədr ilə görüşüb. Görüşdə ölkəmizin enerji sektorunda mövcud və gələcək investisiya imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Görüş Səudiyyə Ərəbistanın İnvestisiya Nazirliyinin, İnvestisiya İdarəsinin və Milli Şirkətlərin Təşviqi Proqramının nümayəndələrindən ibarət heyətlə geniş formatda davam etdirilib. Energetika nazirinin müavini Kamal Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanın neft-qaz yataqları, qlobal əhəmiyyətli enerji nəqli layihələri, “yaşıl enerji” potensialı, sahəyə özəl investisiyaların cəlbi məqsədi ilə hərracların keçirilməsi, habelə digər strateji hədəflər və planlar haqqında məlumat verilib. Həm neft və qaz layihələri üzrə, həm də bərpa olunan enerji, o cümlədən dənizdə külək enerjisi və su üzərində quraşdırılan günəş enerjisi layihələri üzrə investisiya əsaslı əməkdaşlıq məsələləri müzakirə edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.