Home » Energetika Nazirliyində Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüş keçirilib

Energetika Nazirliyində Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüş keçirilib

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Energetika Nazirliyində nazir müavini Samir Vəliyevlə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev arasında görüş keçirilib.

Nazir müavini qonağı yeni təyinatı münasibətilə təbrik edib, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə çoxtərəfli enerji əməkdaşlığının prioritetləri nəzərdən keçirilib, əlaqələrin inkişafının enerji təhlükəsizliyi aspektində vacibliyi vurğulanıb. Ötən il Azərbaycan Respublikasının Təşkilata sədrliyi çərçivəsində keçirilmiş TDT-nin energetika nazirlərinin və energetika üzrə işçi qrupunun 1-ci iclasına diqqət çəkilib, üzv dövlətlər arasında energetikanın 3 müxtəlif istiqaməti üzrə formalaşdırılmış alt işçi qrupların fəaliyyəti müzakirə edilib.

Söhbət zamanı Türk dövlətləri arasında energetikanın ənənəvi növləri üzrə mövcud uğurlu əməkdaşlıq təcrübəsinin enerji keçidi, “yaşıl enerji”, enerji səmərəliliyi istiqamətlərində genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.