Home » Energetika sahəsində ilin ən böyük infrastruktur investisiyası gerçəkləşib

Energetika sahəsində ilin ən böyük infrastruktur investisiyası gerçəkləşib

by bbnadm
0 comment 0 views 1 minutes read

Koronavirus pandemiyasının ən çox təsir göstərdiyi sektorlardan olan energetika sektorunda 2020-ci il üzrə ən genişhəcmli investisiya razılaşması imzalanıb. Razılaşmaya əsasən, dünyanın ən böyük investisiya şirkətləri siyahısına daxil olan 6 şirkətdən (“Global Infrastructure Partners”, “Brookfield Asset Management”, “Singapore’s sovereign wealth fund GIC”, “Ontario Teachers’ Pension Plan Board”, “NH Investment & Securities” və “Snam”) ibarət konsorsium Əbu-Dabi mərkəzli “ADNOC” neft şirkətinin törəmə qurumu olan “ADNOC Gas Pipeline Assets” şirkətinin 49%-lik paya sahib olub. 20.7 milyard dollar dəyərində olan bu razılaşmaya əsasən konsorsium sözügedən şirkətin 38 boru kəmərinin lizinq haqqlarına sahib olacaq. Bununla yanaşı, investorlar 20 il ərzində kəmərlər vasitəsilə nəql edilən qazın həcmindən asılı olaraq dividendlər əldə edəcəklər.

Ekspertlər, cari razılaşmanın dünyada neft və qaz sektorunu canlandırmaqla yanaşı, koronavirus pandemiyasının Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyatına göstərdiyi mənfi təsirləri də yüngülləşdirəcəyi qənaətindədirlər. Belə ki, neft qiymətlərində müşahidə edilən azalma səbəbindən “S&P Global Ratings” BƏƏ iqtisadiyyatının cari ildə 7.5% həcmində kiçiləcəyini proqnozlaşdırıb.

You may also like

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.