Home » Enerji menecmenti sistemləri üzrə dövlət standartı qəbul edilib

Enerji menecmenti sistemləri üzrə dövlət standartı qəbul edilib

by bbnadm
0 comments 0 views 0 minutes read

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS ISO/IEC 50001:2022 “Enerji menecment sistemləri – Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.

Standartın qəbulu ölkədə enerjidən  istifadənin səmərəliliyinin  yüksəldilməsi, enerji menecmenti sahəsinə dair tələblərin qabaqcıl beynəlxalq təcrübəyə uyğun formalaşdırılması, enerjidən səmərəsiz istifadənin qarşısının alınması, eləcə də bərpa olunan enerji növlərinin tətbiqi imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Yeni standartın tətbiqi enerji effektivliyini artırmaq üçün zəruri olan sistemlər və proseslərin tətbiqinə imkan yaratmaqla, istehlakçılara və təşkilatlara maliyyə vəsaitlərinə və enerji resurslarına qənaət etməyə kömək edəcək.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.