Home » Enerji nəhəngi BP rekord – 28 milyard dollar qazanc əldə etdi!

Enerji nəhəngi BP rekord – 28 milyard dollar qazanc əldə etdi!

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra artan neft və təbii qazın qiymətlərindən dolayı enerji nəhəngi BP rekord həcmdə illik qazanc əldə edib.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin qazancı 2 dəfə artıb, 27.7 milyard dollar, yaxud 23 milyard funt sterlinq. 2021-ci ildə isə bu rəqəm 12.8 milyard dollar olub.

Digər enerji şirkətləri də oxşar artım müşahidə ediblər, ötən həftə Shell rekord həcmdə – 40 milyard dollar qazanc əldə etmişdi. Enerji şirkətlərinin əlavə qazanc əldə etməsindən dolayı onların üzərində təzyiq var idi ki, daha çox vergi ödəsinlər, çünki ailələr yaşam xərclərinin artmasından əziyyət çəkirdi.

Qeyd edək ki, enerji qiymətləri Covid qapanmalarından sonra enmişdi, ancaq Rusiyanın Ukraynada hərbi əməliyyatlarından sonra, martda isə təchizat məsələsindən dolayı yenidən artmışdı.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.