Home » Enerji effektivliyi ilə bağlı qanunvericiliyin icrası üzrə yeni tapşırıqlar verildi

Enerji effektivliyi ilə bağlı qanunvericiliyin icrası üzrə yeni tapşırıqlar verildi

by yunus
0 comments 6 views 1 minutes read

BBN.az xəbər verir ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 23 dekabr 2025-ci il tarixli 322-VIIQD nömrəli Qanunun və bu qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2026-cı il tarixli 582 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə müvafiq dövlət qurumlarına konkret tapşırıqlar verilib.

Sərəncama əsasən, Ədliyyə Nazirliyi Energetika, Maliyyə, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanun və fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Enerji effektivliyi informasiya sistemi yaradılacaq

Sərəncamda qeyd olunur ki, Energetika Nazirliyi müvafiq dövlət orqanları ilə birgə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunun 17.1.5-ci maddəsinə uyğun olaraq enerji effektivliyi informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlamalı və 5 ay ərzində Nazirlər Kabinetinə təqdim etməlidir.

Normativ aktların uyğunlaşdırılması tələb olunur

Mərkəzi icra hakimiyyəti orqanlarına tapşırılıb ki, 4 aydan gec olmayaraq, qanun və fərmanın icrası ilə bağlı öz səlahiyyətləri daxilində normayaratma tədbirlərini həyata keçirsinlər, qəbul etdikləri normativ hüquqi aktları və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər.

Bununla yanaşı, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qanuna və fərmana uyğunlaşdırılmasını təmin etməli və 6 ay müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İcra nəzarəti Nazirlər Kabinetinə həvalə edilib

Sərəncamın icrasına nəzarət:

1-ci, 3-cü və 4-cü bəndlər üzrə – Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə,

2-ci bənd üzrə – Sənaye və energetika şöbəsinə həvalə olunub.

Sərəncam imzalandığı gündən qüvvəyə minib

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.