Home » “Enterprise Azerbaijan” ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

“Enterprise Azerbaijan” ilə ABŞ şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

by anar
0 comments 1 views 1 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) ABŞ-ın “Metatiative İncorporated” şirkətinin həmtəsisçisi Tolqa Kaskatı ilə görüş keçirilib. Görüşdə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn, “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva, meneceri Nəzrin Əkbərova, “Enterprise Azerbaijan”ın rezidenti “Alma Consulting” şirkətinin rəhbəri Habil Əhmədov iştirak ediblər.

R.Hüsey İİTKM-in fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. M.Musayeva isə İİTKM-in operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi layihələr, o cümlədən “Startup School” barədə qonağı məlumatlandırıb.

T.Kaskatı öz növbəsində, “Metatiative İncorporated” şirkəti və “BYS Group”un beynəlxalq tərəfdaşlıqları haqqında təqdimat edib.

Görüşdə tərəflər arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, birgə həyata keçirilə biləcək layihələrdən danışılıb və növbəti görüşlərin daha geniş tərkibdə keçirilməsi qərara alınıb.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.