3
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva və meneceri Nəzrin Əkbərova ABŞ-da səfərdədirlər.
Səfərin məqsədi ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzində təşkil olunan “Nevada startap həftəsi”ndə iştirak etməkdir. Startap həftəsinə “Enterprise Azerbaijan” portalının “Startup School” layihəsində birinci yeri tutmuş “Abroadventure” (sosial sahə üzrə) startapının nümayəndələri də qatılıblar.