Home » EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

EnterpriseAzerbaijan.com portalına yeni rəhbər təyin olunub

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni kadr təyinatı olub. İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Musayeva EnterpriseAzerbaijan.com portalının rəhbəri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Musayeva Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra eyni fakültənin doktorantura pilləsində təhsilini davam etdirib və Coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb. 2019-cu ildən elmi dosent adını alıb və hazırda AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır.

50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir. 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2017-ci ildə ilk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.

M.Musayeva Beynəlxalq konfrans, seminar və simpoziumlarda iştirak edərək beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. Həmçinin 2021-ci ildə Danimarkada keçirilən Qlobal Startap Mükafatlandırılmasında “EcoPrint” layihəsi ilə “Ən yaxşı yaşıl startap texnologiyası” adına layiq görülüb.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.