Home » “EnterpriseAzerbaijan” və Amerika Birləşmiş Ştatlarının Nevado Universiteti əməkdaşlığa başlayır

“EnterpriseAzerbaijan” və Amerika Birləşmiş Ştatlarının Nevado Universiteti əməkdaşlığa başlayır

by bbnadm
0 comments 0 views 0 minutes read

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Amerika Birləşmiş Ştatlarının Nevado Universiteti arasında görüş keçirilib.

Tədbirdə Nevado Universitetinin professoru, Özmen Sahibkarlıq Mərkəzinin direktoru, Beynəlxalq Biznes Proqramları üzrə mütəxəssis Mehmet Tosun, İİTKM-in Layihələr departamentinin rəhbəri Vüsalə Cəfərova və EnterpriseAzerbaijan.com portalının rəhbəri Mətanət Musayeva iştirak ediblər.

Görüşdə Azərbaycanda biznes mühiti və sahibkarlıq, beynəlxalq investisiyalar və xarici investorların cəlbi, innovasiya və startap ekosistemi haqqında fikir mübadiləsi aparılıb, həmçinin Nevado Universiteti və “EnterpriseAzerbaijan” arasında çoxsahəli əməkdaşılığa dair məsələlər müzakirə olunub.

Qeyd edək ki, İİTKM ilə Nevado Universiteti arasında anlaşma memorandumu 2021-ci ildə qüvvəyə minib.

You may also like

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.