Home » “Epoint” Gürcüstanda fəaliyyətə başladı – Kart ödəniş xidməti istifadəyə verildi

“Epoint” Gürcüstanda fəaliyyətə başladı – Kart ödəniş xidməti istifadəyə verildi

by Zeyneb
0 comments 2 views 1 minutes read

“Epoint” Gürcüstan Milli Bankından icazə alaraq bu ölkədə kart ödəniş xidməti istifadəyə verib. Şirkət bununla regionda fintech həllərinin coğrafiyasını genişləndirib.

Bu, “Epoint”in ilk xarici bazarına çıxışı olmaqla yanaşı, beynəlxalq genişlənmə strategiyasında mühüm mərhələ hesab olunur.

Şirkətin xaricə ekspansiyası daxili bazardakı güclü göstəricilər fonunda reallaşıb. Belə ki, “Epoint” 2025-ci ildə Azərbaycanda ümumilikdə 500 milyon manat həcmində ödəniş emal edib.

Şirkət Gürcüstan bazarına bir il ərzində sistemli hazırlıq aparıb. Məhsullar yerli tələblərə uyğunlaşdırılıb, banklarla tərəfdaşlıqlar qurulub və bütün hüquqi prosedurlar tamamlanıb.

Yeni mərhələ çərçivəsində həm Azərbaycanda, həm də Gürcüstanda fəaliyyət göstərən bizneslər artıq vahid sistem üzərindən – həm onlayn, həm də fiziki satış nöqtələrində kart ödənişlərini qəbul edə biləcəklər. Bu isə sərhədlərarası ödəniş proseslərini asanlaşdırır.

Bundan əlavə, “Epoint” Gürcüstanda regional mövcudluğu olan 500 Global akselerator proqramına da qəbul edilib.

Şirkət “Epoint Georgia”nın yeni baş direktoru Həsən Həsənovu təbrik edib və onun yeni bazarda biznesin inkişafında uğurlar arzulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.