Home » Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirildi

Erkən pensiya hüququ verən peşə və vəzifələrin siyahısı genişləşdirildi

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Daha 59 vəzifə və peşə üzrə çalışan şəxslərə 5 il erkən pensiyaya çıxma hüququ verilib

Prezident İlham Əliyevin tapşırığına əsasən son illər sosial sahədə aparılan islahatlar pensiyaçıların sosial müdafiəsi, pensiya təminatına əlçatanlığın artırılması, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artırılması istiqamətində də mühüm addımların atılmasına imkan verib.

Bu istiqamətdə növbəti addım kimi, Nazirlər Kabinetinin yeni Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əlavələr edilib.

Siyahıya yeni 59 vəzifə və peşə əlavə edilib ki, həmin sahələrdə çalışan şəxslərə də 5 il erkən  pensiyaya çıxmaq hüququ verilib.

Onların sırasına metropoliten və dəmir yolları sahəsində xidmətlərin göstərilməsi, dəmir-filiz ehtiyatlarının hasilatı və emalı, tikinti, quraşdırma, təmiri və s. sahələrinə aid vəzifə və peşələr daxildir.

Qeyd edək ki, bundan əvvəl cari ilin iyun ayında da “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edilib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.