Home » Ermənistanın investisiya öhdəliklərində defolt ehtimalının artmasının əsasları

Ermənistanın investisiya öhdəliklərində defolt ehtimalının artmasının əsasları

by bbnadm
0 rəy 0 baxış 2 dəqiqə oxuma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Səmərəliliyin qiymətləndirilməsi departamentinin rəhbəri Yusif Səfərovun şərhi:

Fitch’s Retinq agentliyi Ermənistanın bir çox indikatorlar üzrə Emitent Defolt Reytinqlər səviyyəsinin aşağı endirildiyini bildirib. Emitent Defolt Reytinqlər (IDR)  müəssisənin və ya dövlətin maliyyə öhdəliklərinin yerinə yetirilməməsi səviyyəsinin müəyyənləşdirilməsində fikir formalaşdırılmasını təmin edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin department rəhbəri Yusif Səfərovun sözlərinə görə, agentliyin analitiklərinin apardığı hesablamaların nəticəsində Ermənistanın Uzunmüddətli Xarici Valyuta Emitentinin Defolt Reytinqi “BB-”səviyyəsindən bir pillə aşağı “B+”ə endirilmiş, ümumi mənzərənin isə “sabit” olduğu bildirilmişdir. ‘BB’ reytinqi öhdəliklərin yerinə yetirilməsində spekulyativ yanaşmanın olduğunu göstərdiyi halda, ‘B’ reytinqi bu öhdəliklərin icrasında yüksək spekulyativliyin olduğunu bildirir. Həmçinin ‘B’ reytinqi məhdud bir təhlükəsizlik marjası qalmaqla maddi defolt riskinin mövcud olduğunu göstərir. Hazırda maliyyə öhdəlikləri yerinə yetirilməsinə baxmayaraq, bu öhdəliklər üzrə davamlı olaraq ödəmə qabiliyyəti iqtisadi və biznes mühitinin pisləşməsinə hədsiz dərəcədə həssasdır. Bütün bunlar Ermənistan hökümətinin defolt riski ilə üz-üzə qaldığını göstərir.

Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlarda apardığı işğalçı siyasət nəticəsində hal-hazırda münaqişə zonasında həyata keçirilmiş genişmiqyaslı hərbi əməliyyatlar da Ermənistanın investisiya öhdəliklərinin yerinə yetirilməsində defolt olma ehtimalının armasına əsas yaradır. Hazırda ölkədə baş verən hadisələri nəzərə alaraq, Dağlıq Qarabağla bağlı gərginliyin davam etməsi təqdirində hadisələr ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək və iqtisadiyyatın tənəzzülünü dərinləşdirəcək. Bu ilin ilk yarısında gözləniləndən daha sürətli iqtisadi daralma baş vermiş, ümumi dövlət borcunu aprel ayında dərc edilən icmalda nəzərdə tutulan proqnozdan daha yüksək həddə çatmışdır. Agentlik hazırkı dövrdə dövlət borcunun daha yüksək həddə çatacağını və orta müddətli dövrdə azalmasının qeyri-mümkünlüyu ehtimalına əminliyini bildirib.

COVID-19 pandemiyasının yenidən dirçəlməsi ilə əlaqədar yeni məhdudlaşdırma tədbirləri və xüsusi ilə də Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli dövrə keçməsi əsasında ölkə iqtisadiyyatına yaradacağı mənfi təsirlər iqtisadi proqrozlarda neqativ risklərin artımı ilə nəticələnir. Agentlik tərəfindən aprel ayında 0,5% ÜDM artımının proqnozlaşdırılmasına baxmayaraq, hazırkı proseslər əsasında artıq Ermənistan iqtisadiyyatının bu il 6,2% daralacağı proqnozlaşdırılır. Baş vermiş münaqişənin davam müddəti artdıqca iqtisadi tənəzzülün proqnozlaşdırıldığında daha da yüksək həddə çatacağı qaçınılmazdır. Həmçinin, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 2019-cu ilin sonunda 53,5% təşkil edirdisə, hazırki dövrdə bu rəqəmin 2020-ci ilin sonunda 63,9% -dək yüksələcəyi və 2021-ci ilin sonunda isə 65,6% -dək artacağını proqnozlaşdırılır. Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlət borcunun 76% xarici valyutadadır, bu isə münaqişənin davam etdiyi sürətdə ölkənin idxal asılığını nəzərə alaraq hökümətin xarici valyutada öhdəliklərinin yerinə yetirilməməsində riskini daha da artırır.

Qeyd olunanlar bir daha göstərir ki, hazırkı dövrdə yüksək olan və daha da böyüyən Ermənistanın xalis borcu, böyük miqyaslı cari əməliyyatlar balansındakı defisit yuxarıda qeyd edilən bu öhdəliklərin yerinə yetirilməsində öz mənfi təsirini göstərəcək və müharibənin təsiri ilə daha da pisləşəcəkdir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.