Home » “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvlərinin Tbilisiyə işgüzar səfəri təşkil edilib – Foto

“ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvlərinin Tbilisiyə işgüzar səfəri təşkil edilib – Foto

by ulviyya
0 comment 53 views 1 minutes read

29-30 iyul 2024-cü il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun üzvlərinin, həmçinin bankların bu istiqamətdəki əlaqədar rəhbər şəxslərinin iştirakı ilə Gürcüstanın Tbilisi şəhərinə, həm təcrübə mübadiləsi, həm də təlim məqsədi ilə səfəri təşkil edilib. 

İşgüzar səfər Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA), Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) və Gürcüstan Banklar Assosiasiyasının dəstəyi ilə baş tutub. 

Səfər ərzində Gürcüstanın aparıcı bankları ilə görüşlər keçirilib və IFC tərəfindən müxtəlif istiqamətlərdə təlimlər təşkil edilib. 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.