Home » “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun sədri Türkiyə Dayanıqlı Maliyyə Forumunda çıxış etmişdir – Foto

“ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun sədri Türkiyə Dayanıqlı Maliyyə Forumunda çıxış etmişdir – Foto

by ulviyya
0 rəy 4 baxış 1 dəqiqə oxuma

10 may 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu”nun sədri Vüsal Şahverdiyev İstanbulda Türkiyə Banklar Birliyi və Beynəlxalq Maliyyə İnstitutunun (IIF) birgə əməkdaşlığı çərçivəsində təşkil edilən Türkiyə Dayanıqlı Maliyyə Forumunda çıxış etmişdir.

Ekspert Qrupunun sədri Forumun “Təmiz enerjiyə keçidin sürətləndirilməsi” panelində Azərbaycanın ev sahibliyi edəcəyi COP29 ilə əlaqədar prioritetləri, təmiz enerjiyə keçiddə bank sektorunun qarşılaşdığı çağırışlar və imkanlar mövzusu ətrafında təqdimat etmişdir.

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyəti üzvlərinin Ümumi Yığıncağı keçirilmişdir.

Yığıncaqda, ABA-nın nəzdində fəaliyyət göstərəcək “ESİ və Dayanıqlı bankçılıq Ekspert Qrupu” (ESG & Sustainable banking Expert Group) yaradılmışdır və bununla da Ekspert Qruplarının sayı 15-ə çatdırılmışdır.

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.