Home » Ethereum-un qiyməti rekord həddə yaxınlaşıb

Ethereum-un qiyməti rekord həddə yaxınlaşıb

by yunus
0 comments 0 views 1 minutes read

Ən populyar kriptovalyutalardan biri olan Ethereum-un qiyməti tarixi zirvəyə yaxınlaşıb.

BBN.az xəbər verir ki, bu səhər Ethereum-un dəyəri 4,332 dollara qədər qalxaraq təxminən 2% artım nümayiş etdirib. Bu səviyyə 2021-ci ilin dekabrından bəri ən yüksək qiymət kimi qeyd olunur.

Digər tərəfdən, Bitcoin qiyməti də 121,000 dolları keçərək öz rekorduna yaxınlaşıb. Qiymət artımı böyük investorlarda Ethereum-a olan marağı daha da artırıb. Bu il ABŞ-da siyahıya alınmış doqquz birja fonduna Ethereum üzrə 6,7 milyard dollardan çox sərmayə yatırılıb. Rəqəmsal aktivlərə fokuslanan fondlar da Ethereum-un qiymət artımında rol oynayır.

ABŞ Prezidenti Donald Trampın oğlu və bir neçə rəqəmsal aktiv şirkətində maliyyə maraqları olan Erik Tramp da X platformasında Ethereum-un bu yüksəlişini xüsusi şəkildə vurğulayıb.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.