Home » ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ – VIII Beynəlxalq Bankçılıq Forumu başa çatdı

ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ – VIII Beynəlxalq Bankçılıq Forumu başa çatdı

by Aytac
0 comment 4 views 2 minutes read

04 dekabr 2024-cü il tarixində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə və “Mastercard” beynəlxalq ödəniş sisteminin qlobal tərəfdaşlığı ilə ənənəvi “ETİBARLI, TƏHLÜKƏSİZ VƏ DAYANIQLI BANKÇILIQ” VIII BEYNƏLXALQ BANKÇILIQ FORUMU başa çatmışdır.

İki gün davam edən Forumda bütün maraqlı tərəflər bir araya gələrək, yeni fikirlər, təcrübələrlə bölüşərək, öz məhsullararını təqdim edərək, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin inkişafı kimi mövzuların birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut etmişdir.

Forumu giriş sözü ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin üzvü Vüsal Xəlilov açıq elan etdi. Daha sonra açılış nitqləri ilə Türkiyə Respublikası Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin sədr müavini Mustafa Aydın, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev çıxış etdilər.

Səkkiz paneldən ibarət Forumda, “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq”, “Bankçılıqda yüksələn trendlər və növbəti nəsil loyaliklik proqramları”, “Maliyyənin yeni hüdudu: ticarət idarəetməsi və kompozit bankçılıqda innovasiyalar”, “Rəqəmsallaşma və biznes proseslərinin gələcəyi”, “Ödənişlərin transformasiyası: beynəlxalq həllər və uyğunluq sahəsində innovasiyalar”, “Bankçılığın gələcəyi: məlumat əsaslı innovasiyalar və ekosistemin inkişafı”, “Rəqəmsal maliyyə ekosistemində proaktiv fırıldaqçılıq qarşısının alınması necə təşkil edilməlidir?” və “İnnovativ bankçılıq məhsulları üçün tənzimləmə prosesinin inkişafı” kimi mövzuları əhatə edəcək.

IBF 2024 aidiyyatlı dövlət qurumları, kommersiya bankları, fintexlər, assosiasiyalar, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutları, həmçinin Türkiyə, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, Müstəqil Dövlətlər Birliyi, Yaxın Şərq və digər ölkələrindən 200-ə yaxın beynəlxalq təşkilatların və nüfuzlu şirkətlərin nümayəndələrinin iştirak edirlər.

Ümumilikdə tədbirə iki gün ərzində 250-ə yaxın şirkət, 1500-ə yaxın yerli və xarici iştirakçı qatılmışdır.

Qeyd edək ki, bu Forum Bakıda hər il təşkil edilən iki beynəlxalq tədbirdən biri olmaqla regionun ən nüfuzlu maliyyə-bank tədbiridir. Digər tədbir isə illik əsasda keçirilən “Fintex Sammit”dir.

 

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.