Home » Expressbank 2024-cü ilin lll rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

Expressbank 2024-cü ilin lll rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

by ulviyya
0 rəy 2 baxış 1 dəqiqə oxuma

Expressbank 2024-cü ilin lll rübü üzrə maliyyə göstəricilərini açıqlayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın əməliyyat mənfəəti 15% artaraq, 15 mln. manatdan çox olub. Bankın aktivləri isə 573,7 mln. manata yüksəlib.

Hesabat dövründə Bankın depozit portfeli 236.5 mln. manata çatıb. Əhalinin Expressbanka yatırdığı əmanətlərin həcmi isə 24% artıb və 189 mln. manat təşkil edib.

Cari ildə biznes kreditləri üzrə, xüsusilə mikro kredit istiqamətində fəaliyyətini genişləndirən Expressbank biznes kredit portfelini 24% artıraraq, 140 mln. manata yüksəldib. Bununla da Bankın kredit portfelinin ümumi həcmi 468 mln. manat təşkil edib.

Kredit portfelinin artımı faiz gəlirlərinə də müsbət təsir edib. Belə ki, Bank hesabat dövründə 35.5 mln. manat xalis faiz gəliri əldə edib. Bu göstərici isə ötən il analoji dövrü ilə müqayisədə 15% artım deməkdir. Qeyri-faiz gəlirləri isə 9% artaraq, 15 mln. manat təşkil edib.

Bank cari ilin üç rübü üzrə 9 mln. manatdan çox xalis mənfəət əldə edib.

Qeyd edək ki, beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında Expressbankın reytinqini gözlənti stabil olmaqla “B+” səviyyəsinə yüksəldib. Beləliklə, Expressbankın dayanıqlılıq və emitentin uzunmüddətli defolt reytinqi “B” səviyyəsindən “B+” səviyyəsinə qalxıb. “Fitch” ekspertləri bankın cəmi likvid aktivlərinin depozitlərin üçdəbirini təşkil etməsi ilə Bankın adekvat likvidlik buferinin olduğunu qeyd ediblər. Həmçinin bu göstəricilərin yaxın gələcəkdə uğurla davam edəcəyinin gözlənildiyi vurğulanıb.

Expressbank – İşiniz rahat getsin!

Oxşar xəbərlər

Rəy bildir

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.